×
A
A
A
Sazlamalar

Ahmed Sengendo: Qarabağdakı quruculuq işləri ölkənin turizm potensialının inkişafına böyük töhfə verəcək VİDEO

Bakı, 28 iyun, AZƏRTAC

Azərbaycan hökumətinə və xalqına hazırda keçirilən sayca 11-ci İƏT ölkələrinin turizm nazirlərinin sessiyasında qonaqpərvərlik və təşkilatçılığa görə minnətdarlığımızı bildiririk.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İƏT-in Baş katibinin müavini Ahmed Sengendo deyib.
Ötən il işğaldan azad edilmiş əraziləri ziyarət etdiyini deyən qonaq söyləyib: “Öz gözlərimizlə oradakı dağıntıların şahidi olduq. Bu dağıntılar böyük turizm potensialına mənfi təsir edib. Lakin biz, həmçinin orada aparılan quruculuq işlərinin də şahidi olduq. Ümid edirəm ki, müqəddəs ibadət yerləri, məscidlər tezliklə bərpa edilib, yenidən tikiləcək”.
A.Sengendo vurğulayıb ki, Qarabağdakı quruculuq işləri ölkənin turizm potensialının inkişaf etdirilməsinə böyük töhfə verəcək.

Turizm 2022-06-28 11:45:00

Video