×
A
A
A
Sazlamalar

Zafar Amonov: Azərbaycanda Özbəkistanın 54 şirkəti fəaliyyət göstərir

Bakı, 28 iyun, AZƏRTAC

Özbəkistan və Azərbaycan arasında investisiya və xarici ticarət sahəsində əlaqələr yüksək səviyyədə inkişaf edir. Azərbaycanda Özbəkistanın 54 şirkəti fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinin rəis müavini Zafar Amonov iyunun 28-də “Müasir şəraitdə Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın perspektivləri” mövzusunda keçirilən vebinarda məlumat verib.
Onun sözlərinə görə son 5 ildə ölkələrimiz arasında ticari əlaqələrin həcmi 4 dəfə artıb.
Qarşılıqlı sıx əməkdaşlıq üçün böyük imkanlar olduğunu qeyd edən Z.Amonov nəqliyyat, kənd təsərrüfatı, ipəkçilik, toxuculuq sahəsində də əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

İqtisadiyyat 2022-06-28 11:46:00