×
A
A
A
Sazlamalar

FHN: Qeyri-iş günləri ərzində biri azyaşlı olmaqla 20 nəfər xilas edilib

Bakı, 28 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən qeyri-iş günləri ərzində ümumilikdə 142 yanğına çıxış, 16 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən qeyri-iş günləri ərzində 1-i azyaşlı olmaqla 20 nəfər xilas edilib, qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

 

Hadisə 2022-06-28 11:44:00