×
A
A
A
Sazlamalar

Yaponiya portalı Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri barədə məlumatlar yayıb

Tokio, 28 iyun, AZƏRTAC

Yaponiyanın “ajmedia.jp” portalı Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri, burada iştirak etdiyi tədbirlər barədə məlumatlar yayıb.
AZƏRTAC xəbər verir ki, yapon və ingilis dillərində yayımlanan məlumatlarda 2020-ci ilin payızında düşmən tapdağından azad edilən həmin rayonlarda Azərbaycan hökuməti tərəfindən aparılan böyük bərpa və quruculuq işləri barədə ətraflı məlumat verilib.
Yaponiyalı oxuculara Kəlbəcər-Laçın yolunun tikintisi, 30 ilə yaxın müddətdə işğal altında qalmış və erməni vandalizmi nəticəsində xarabazarlığa çevrilmiş bu rayonlara yeni həyatın qayıtması, azad olunmuş şəhərlərdə inşa edilən İşğal və Zəfər muzeyləri, təbii şəraitin və mövcud relyefin çətinliyinə baxmayaraq, Kəlbəcər-Laçın zonasında bütün infrastruktur layihələrinin uğurla icra edilməsi barədə məlumatlar çatdırılıb. Həmin rayonlarda aparılan nəhəng quruculuq işlərinin Prezident İlham Əliyev tərəfindən şəxsən diqqətdə saxlandığı xüsusi vurğulanıb.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

 

Siyasət 2022-06-28 09:14:00