×
A
A
A
Sazlamalar

Amerikanın Missuri ştatında sərnişin qatarı relsdən çıxıb, xəsarət alanlar var

Vaşinqton, 28 iyun, AZƏRTAC
Amerikanın Missuri ştatında “Amtrak” şirkətinin qatarı relsdən çıxıb. Xəsarət alanlar var.
AZƏRTAC qisa və uzun məsafəli şəhərlərarası dəmir yolu xidməti göstərən “Amtrak” şirkətinin verdiyi məlumata istinadla xəbər verir ki, Missuri ştatının Mendon şəhərində sərnişin qatarı "ictimai keçidə mane olan yük maşını" ilə toqquşduqdan sonra relsdən çıxıb.
Verilən məlumata görə, 8 sərnişin vaqonundan və iki mühərrikli vaqondan ibarət qatar yerli vaxtla saat 12:42 radələrində qəzaya uğrayıb.
“Amtrak” nümayəndəsi bildirib ki, xəsarət alanların sayı ilə bağlı hələ məlumat yoxdur.
Qeyd olunub ki, Los-Ancelesdən Çikaqoya gedən qatarın göyərtəsində qəza zamanı 243 sərnişin və 12 ekipaj üzvü olub.

AZƏRTAC-ın Vaşinqton bürosu

Dünya 2022-06-28 05:21:00