×
A
A
A
Sazlamalar

Cüdoçularımız Avropa kuboku yarışında 1 gümüş, 1 bürünc medal qazanıblar

Bakı, 28 iyun, AZƏRTAC
Bosniya və Herseqovinada keçirilən gənclər arasında cüdo üzrə Avropa kuboku yarışına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan komandası yarışda 1 gümüş, 1 bürünc medal qazanıb. Belə ki, gümüş medalı komandamızın aktivinə 48 kiloqram çəki dərəcəsində Könül Əliyeva yazdırıb. Yığmamızın digər üzvü Aytac Qardaşxanlı (63 kq) isə üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan turnirdə 7 idmançı ilə təmsil olunub.

İdman 2022-06-28 04:44:00