×
A
A
A
Sazlamalar

Kremençuka raket hücumundan sonra itkin düşənlərlə bağlı 40-dan artıq müraciət daxil olub

Kiyev, 28 iyun, AZƏRTAC

Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərinin ticarət mərkəzinə endirilən raketdən sonra qohumlarının itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına 40-dan artıq müraciət daxil olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğu Ofisi rəsmi saytı məlumat yayıb. Bildirilib ki, indi xilasedicilər ticarət mərkəzinin qalıqlarını sökməyə davam edirlər. Yanğın səbəbindən iş çətinləşib, onun qarşısını almaq üçün tədbirlər görülür.
Məlumatda qeyd edilir ki, hazırda 14 nəfərin öldüyü, 59 nəfərin xəsarət aldığı müəyyən edilib. Xəsarət alanların yarısının vəziyyəti ağırdır.
Qeyd edək ki, raket hücumu zamanı ticarət mərkəzində çoxsaylı insan olub. Ona görə də itkilərin sayının artacağı ehtimal edilir.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2022-06-28 03:19:00