×
A
A
A
Sazlamalar

Türkiyənin Batman şəhərində Qarabağ Parkı salınıb

Ankara, 27 iyun, AZƏRTAC

Türkiyənin Batman şəhərində tarixi Qarabağ Zəfərinin qazanılması münasibətilə Qarabağ Parkı salınıb.
AZƏRTAC Batman bələdiyyəsinə istinadla xəbər verir ki, iyunun 30-da parkın açılış mərasimi keçiriləcək.
Batman bələdiyyəsini məlumatına görə, ümumilikdə 15 min 397 kvadratmetr ərazini əhatə edən park müasir ən arxitektura əsasında qurulub. Burada uşaq əyləncə məkanı, istirahət yerləri, fəvvarələrdən ibarət bölmələr və s. qurulub.
Rəsmi hissə və bədii proqramdan ibarət açılış mərasimində dövlət adamları, yerli ictimaiyyətin təmsilçiləri iştirak edəcəklər.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Cəmiyyət 2022-06-27 23:38:00