İran Prezidenti Xəzəryanı dövlət başçılarının zirvə görüşündə iştirak etmək üçün Aşqabada səfər edəcək
Tehran, 27 iyun, AZƏRTAC
İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi iyunun 29-da Aşqabad şəhərinə səfər edəcək.
AZƏRTAC İranın Prezident Administrasiyasına istinadla xəbər verir ki, Prezident Aşqabadda keçiriləcək Xəzəryanı dövlət başçılarının zirvə görüşündə iştirak edəcək.
Səfər çərçivəsində Prezident İbrahim Rəisinin Xəzəryanı dövlət başçıları ilə ikitərəfli görüşü də nəzərdə tutulur.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
Misirin vasitəçiliyi ilə İsrail və Fələstin atəşkəsi qəbul ediblər
Çində 900 ildən çox yaşı olan taxta körpü yanıb
Misirdə 9 milyondan çox miqrant məskunlaşıb
Filippin Prezidenti ABŞ ilə əlaqələri möhkəmləndirəcəyini vəd edib