×
A
A
A
Sazlamalar

Gənclər Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində olublar

Naxçıvan, 27 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə hərbi hissələrdən daha birində zabit və əsgərlərimizlə görüş keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, əvvəlcə gənclərə tədbirin proqramı barədə məlumat verilib, dövlətimiz tərəfindən ordu quruculuğuna göstərilən diqqət və qayğıdan bəhs edilib, hərb sənətinə yiyələnməyin mənəvi-psixoloji üstünlükləri vurğulanıb.
Gənclər şəxsi heyətin xidməti şəraiti ilə tanış olub, onlarla birgə konsert proqramında iştirak edib, nahar yeməyindən sonra Naxçıvan şəhərinə yola düşüblər.

Regionlar 2022-06-27 20:06:00