×
A
A
A
Sazlamalar

Ukraynanın Kremençuk şəhərində ticarət mərkəzi raketlə vurulub, ölənlər və yaralananlar var

Kiyev, 27 iyun, AZƏRTAC
Ukraynanın Poltva vilayətinin Kremençuk şəhəri raket atəşinə tutulub.
AZƏRTAC Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadla xəbər verir ki, raketlərin biri Kremençuk şəhərində ticarət mərkəzinə düşüb. Həmin vaxt ticarət mərkəzində çoxsaylı insan olub.
Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kiril Timoşenko isə Telegram səhifəsində məlumat verib ki, ilkin rəqəmlərə görə raket partlayışı nəticəsində 20 nəfər yaralanıb, iki nəfər isə həlak olub. Xilasetmə işləri davam edir.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2022-06-27 19:45:00