×
A
A
A
Sazlamalar

Estoniya KİV-də Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş məqalə dərc edilib

Tallin, 27 iyun, AZƏRTAC

Estoniyanın nüfuzlu “baltija.eu” xəbər portalında Azərbaycan Silahlı Qüvvələri Gününə həsr olunmuş məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Estoniyanın tanınmış jurnalisti İrina Kaplyukun müəllifi olduğu “26 İyun - Azərbaycan Silahlı Qüvvələri Günü” sərlövhəli məqalədə ölkəmizdən, Azərbaycanın müstəqilliyinin bərpasından bəhs edilir.
Yazıda, həmçinin Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ordu quruculuğu prosesi və ümummilli lider Heydər Əliyevin iyunun 26-nı Silahlı Qüvvələr Günü kimi təsis etməsi barədə məlumat verilib.
Məqalədə qeyd edilir ki, ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən hər il iyunun 26-sı Azərbaycanda Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur.

 

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin

Cəmiyyət 2022-06-27 17:30:00