Nizami rayonunda vətəndaşların bank hesablarından pul oğurlayan keçmiş məhkumlar saxlanılıblar
Bakı, 27 iyun, AZƏRTAC
İyunun 10-da Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə Saatlı rayon sakini M.Babayevanın bank hesabından 390 manat pulunun oğurlanması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş A.Səmədov müəyyən edilərək saxlanılıb.
İyunun 22-də isə elə həmin polis şöbəsinə Bakı şəhər sakini A.Cumayevin bank hesabından 800 manat pulunun oğurlanması barədə məlumat daxil olub.
Oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş V.Hüseynov müəyyənləşdirilərək polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO