×
A
A
A
Sazlamalar

Azərbaycanın Gürcüstandakı səfirliyi Marneuli rayonunda baş verən bədbəxt hadisə ilə bağlı başsağlığı verib

Tbilisi, 27 iyun, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfirliyi iyunun 26-da Marneuli rayonunda baş vermiş bədbəxt hadisə ilə bağlı başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsində qeyd olunub.
Səfirlik beşmərtəbəli binada baş verən uçqun nəticəsində insanların həlak olması və xəsarət alması xəbərindən kədərləndiyini bildirir, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayır.
Qeyd edək ki, iyunun 26-da Marneuli şəhəri Nərman Nərimanov küçəsindəki çoxmərtəbəli binalarından birinin 5-ci mərtəbəsində balkon uçub, nəticədə 3 nəfər xəsarət alıb, 2 nəfər isə həlak olub.
Həmin binanın sakinləri təxliyə edilib.
Marneuli meriyasından bildirilir ki, faciə baş verən yaşayış binasından əhalinin bir hissəsi müvəqqəti olaraq mehmanxanalara köçürülüb. Onların xərcləri Marneuli meriyası tərəfindən təmin ediləcək.
Yaralılara tibb müəssisələrində müvafiq yardım göstərilir.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

Cəmiyyət 2022-06-27 14:55:00