×
A
A
A
Sazlamalar

Qazaxıstanın xarici işlər naziri: Orta Dəhlizə əlavə həcmdə yüklərin cəlb edilməsinə yönəlmiş əməkdaşlıqda əldə olunan nailiyyətlər böyük əhəmiyyətə malikdir

Bakı, 27 iyun, AZƏRTAC

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu da daxil olmaqla, Orta Dəhlizə əlavə həcmdə yüklərin cəlb edilməsinə yönəlmiş əməkdaşlıqda əldə olunan nailiyyətlər böyük əhəmiyyətə malikdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Qazaxıstan Respublikasının xarici işlər naziri Muxtar Tleuberdı Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin birinci üçtərəfli görüşü zamanı söyləyib.
Nazir qeyd edib ki, xüsusilə nəqliyyat əlaqələrinin və informasiya-kommunikasiya infrastrukturlarının, o cümlədən BTQ dəmir yolu xəttinin inkişafı ilə qarşılıqlı əlaqələrin daha da intensivləşdirilməsi önəmlidir. Orta Dəhlizin rolunu gücləndirmək üçün Transxəzər vasitəsilə tranzit daşımaların daha da inkişafı və asanlaşdırılması məqsədilə işlər görüləcək.

Siyasət 2022-06-27 14:40:00