×
A
A
A
Sazlamalar

Küveyt Universiteti Azərbaycan ali təhsil müəssisələri ilə sıx əməkdaşlıqda maraqlıdır

Qahirə, 27 iyun, AZƏRTAC

Küveyt Universiteti Azərbaycan universitetləri ilə sıx əməkdaşlıqda maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri universitetin rektoru Yusif Muhammed Al-Rumi ölkəmizin Küveytdəki səfiri Elxan Qəhrəman ilə keçirdiyi görüşdə söyləyib.
Küveyt Universitetində keçirilən görüşdə səfir rektora ölkəmizdəki ali təhsil müəssisələri haqqında məlumat verib. O, istər tələbə mübadiləsi, istərsə də elmi tədqiqatlar sahəsində əməkdaşlığın hər iki ölkənin universitetləri üçün faydalı olacağını deyib.
Görüşdə Küveyt Universiteti ilə Azərbaycan universitetlərinin birgə konfranslar, simpoziumlar, mədəni tədbirlər təşkil etməsi, həmçinin alimlərin elmi tədqiqatlara dair təcrübə mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.


Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Elm və təhsil 2022-06-27 14:20:00