×
A
A
A
Sazlamalar

DİN: Əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 13-nün açılması təmin olunub

Bakı, 27 iyun, AZƏRTAC

İyunun 25-də və 26-da ölkə ərazisində 96 cinayət hadisəsi qeydə alınıb. Əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 13-nün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 61, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 9 yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər həyatını itirib, 6 nəfər isə xəsarət alıb. Narkotiklərlə əlaqəli 48 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.

Cəmiyyət 2022-06-27 10:23:00