×
A
A
A
Sazlamalar

Gənc cüdoçumuz Avropa kuboku yarışında bürünc medal qazanıb

Bakı, 25 iyun, AZƏRTAC

Bosniya və Herseqovinada cüdo üzrə gənclər arasında Avropa kuboku yarışı keçirilir.
AZƏRTAC xəbər verir ki, turnirin ilk yarış günündə qızlar arasında 63 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Aytac Qardaşxanlı bürünc medal qazanıb. O, həlledici mərhələdə fransalı rəqibi Yuliye Falqonu məğlub edib.
Qeyd edək ki, iki gün davam edəcək yarışda komandamız 7 (3 oğlan, 4 qız) cüdoçu ilə təmsil olunur.

İdman 2022-06-25 20:12:00