×
A
A
A
Sazlamalar

Qeyri-neft-qaz məhsullarının ixracı artıb

Bakı, 25 iyun, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2021-ci ilin yanvar-aprel ayları ilə müqayisədə faktiki qiymətlərlə 38,5 faiz, real ifadədə 25 faiz artaraq 965,5 milyon dollara bərabər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (34,6 faiz), Rusiyaya (19,9 faiz), Gürcüstana (6,3 faiz), İsveçrəyə (5,3 faiz), ABŞ-a (4,1 faiz), İtaliyaya (3,3 faiz), Braziliyaya (2 faiz), Niderlanda (1,9 faiz), Özbəkistana (1,4 faiz), Qazaxıstana (1,4 faiz), Rumıniyaya (1,4 faiz), Latviyaya (1,2 faiz), Argentinaya (1,2 faiz), Çinə (1,2 faiz), Belarusa (1,1 faiz), Almaniyaya (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

İqtisadiyyat 2022-06-25 18:30:00