×
A
A
A
Sazlamalar

“Seçilmiş” serialının iki aktyoru qəza nəticəsində həyatını itirib

Bakı, 25 iyun, AZƏRTAC

“Netflix” yayım platformasının hazırladığı “Seçilmiş” adlı serialın iki aktyoru çəkiliş meydançasına gəldikləri mikroavtobusun qəzaya uğraması nəticəsində həlak olub, həmçinin çəkiliş qrupunun digər altı üzvü müxtəlif dərəcəli xəsarətlər alıb.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, çəkiliş heyətinin olduğu mikroavtobusun naməlum səbəbdən səhralıq ərazidə yoldan çıxaraq aşdığı qeyd edilir. Kaliforniya Mədəniyyət Departamentindən ölənlərin Raymundo Qarduno Kruz və Xuan Fransisko Qonzales Agilar olduğu bildirilib.
“Netflix” şirkətinin məlumatına görə “Seçilmiş” serialı bəşəriyyəti xilas etmək üçün geri qayıdan, İsa Məsih olduğu bilinən 12 yaşlı uşaq haqqındadır.

Mədəniyyət 2022-06-25 18:14:00