×
A
A
A
Sazlamalar

Əhalinin əmanətlərinin artım trendi mayda da davam edib

Bakı, 25 iyun, AZƏRTAC

Əhalinin əmanətlərinin (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) artım trendi may ayında da davam edib.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, hesabat ayında bankların əmanət portfeli 0,5 faiz (48,5 milyon manat) artaraq 10 milyard 389 milyon manat təşkil edib. Əmanət portfelinin 54,5 faizi (5 milyard 658,2 milyon manat) müddətli əmanətlərdən ibarətdir.

 

Maliyyə 2022-06-25 17:14:00