×
A
A
A
Sazlamalar

İctimai iaşə dövriyyəsi artıb

Bakı, 25 iyun, AZƏRTAC

2022-ci ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,6 dəfə artaraq 503,4 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 49,7 faizi hüquqi şəxslərin, 50,3 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 1,6 dəfə artaraq 247,7 milyon manat təşkil edib.

İqtisadiyyat 2022-06-25 16:51:00