×
A
A
A
Sazlamalar

Emal sənayesində 7 milyard 58,7 milyon manatlıq məhsul istehsal olunub

Bakı, 25 iyun, AZƏRTAC

Emal sənayesində cari ilin yanvar-may aylarında 7 milyard 58,7 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 8,9 faiz artım, tütün məmulatlarının istehsalında 7,2 faiz, içki istehsalında isə 10,4 faiz azalma müşahidə olunub. Bu sahələrin əsas məhsullarından marqarin istehsalı 35,4 faiz, kərə yağının istehsalı 1,4 faiz artıb, duru bitki yağlarının istehsalı isə 8,1 faiz azalıb.

İqtisadiyyat 2022-06-25 16:35:00