×
A
A
A
Sazlamalar

Ədəbiyyatşünaslıq elminə yeni töhfə

Bakı, 25 iyun, AZƏRTAC

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Salidə Şərifovanın “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili” monoqrafiyası müəssisənin Elmi şurasının qərarı ilə çapa tövsiyə olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyanın elmi redaktoru və “Ön söz”ünün müəllifi akademik İsa Həbibbəyli, rəyçiləri isə professor Qəzənfər Paşayev və filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.
Monoqrafiyada XX əsrin 90-cı illərindən bu günə qədər Qarabağ mübarizəsini əks etdirən bədii ədəbiyyat Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi dövrlərinin ədəbiyyatı kimi tədqiq edilir. Aprel döyüşlərinin bu iki müharibə arasında keçid rolunu oynaması xüsusi olaraq vurğulanır.
Dörd fəsildən ibarət kitabda Qarabağ mövzusunu əks etdirən publisistik əsərlər, nəzm, nəsr və dram nümunələri, ssenarilər və filmlər tədqiq olunub.
Monoqrafiyada yerli tədqiqatçılarımızla yanaşı, xarici mütəxəssislərin də elmi yanaşmaları yer alıb.

Elm və təhsil 2022-06-25 14:56:00