×
A
A
A
Sazlamalar

Mirzə Kazımbəyin 200 illiyinə həsr olunan beynəlxalq elmi konfransa tezis qəbulu davam edir

Bakı, 25 iyun, AZƏRTAC

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 20-də “Mirzə Kazımbəy – 220” mövzusunda keçiriləcək beynəlxalq elmi konfransa tezis qəbulu aparılır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransa tezislər Azərbaycan, türk, rus, ingilis, ərəb və fars dillərində iyulun 30-dək qəbul edilir. Konfransda iştirak etmək istəyənlər tezisləri [email protected] elektron ünvanına göndərməlidirlər.
Təşkilat Komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlər edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir. Tezislərin qəbulu ilə bağlı daha ətraflı məlumat Şərqşünaslıq İnstitutunun saytında yerləşdirilib.
Qeyd edək ki, beynəlxalq elmi konfrans görkəmli şərqşünas və maarifçi, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü və rus şərqşünaslıq elminin banilərindən biri, Britaniya Kral Şərqşünaslar Cəmiyyətinin üzvü, Peterburq Universitetinin Şərq dilləri fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin anadan olmasının 220 illiyi ilə əlaqədar keçiriləcək.

Elm və təhsil 2022-06-25 14:53:00