×
A
A
A
Sazlamalar

Dövlət büdcəsinə daxilolmaların 25,13 faizini hüquqi şəxslərin mənfəət vergisi təşkil edib

Bakı, 25 iyun, AZƏRTAC

Cari ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 10 milyard 691,5 milyon manat, xərcləri isə 8 milyard 168,7 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, daxilolmaların 25,13 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 21,37 faizi əlavə dəyər vergisi, 4,34 faizi fiziki şəxslərin gəlir vergisi, 4,19 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,63 faizi aksizlər, 1,20 faizi sadələşdirilmiş vergi, 1,72 faizi vergilərin digər növləri, 38,43 faizi isə vergi olmayan gəlirlər hesabına təmin olunub.

Maliyyə 2022-06-25 14:31:00