×
A
A
A
Sazlamalar

KOBİA-da USAID-in Azərbaycan üzrə missiyasının direktoru ilə görüş olub

Bakı, 25 iyun, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov səlahiyyət müddətinin başa çatması ilə bağlı USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx ilə görüşüb.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə KOB-lara dəstək məqsədilə KOBİA və USAİD-in iştirakı ilə həyata keçirilmiş birgə tədbirlərə dair fikir mübadiləsi aparılıb, C.Sinqxə gələcək fəaliyyətində uğurlar arzu edilib.

İqtisadiyyat 2022-06-25 13:57:00