×
A
A
A
Sazlamalar

Beş ayda bankların əldə etdiyi xalis və əməliyyat mənfəəti açıqlanıb

Bakı, 25 iyun, AZƏRTAC

2022-ci ilin yanvar-may aylarında banklar 331,5 milyon manat xalis mənfəət, 503,7 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ilin əvvəlindən banklar tərəfindən ümumilikdə 73,1 milyon manat məbləğində mənfəət vergisi ödənilib (ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,5 faiz və ya 22,5 milyon manat daha çox).

 

Maliyyə 2022-06-25 12:35:00