×
A
A
A
Sazlamalar

Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib

Bakı, 24 iyun, AZƏRTAC

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Rusiya Federasiyasında səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Kərim Vəliyev iyunun 24-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 80-ci iclasında iştirak edib.

Ordu 2022-06-24 20:06:00