×
A
A
A
Sazlamalar

Hesablama Palatasında kollegiya iclası keçirilib

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 24-də Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə kollegiya iclası keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, iclasda sədr Vüqar Gülməmmədovun Prezident İlham Əliyevin 2022-ci il 22 iyun tarixli Sərəncamına əsasən, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilən Hesablama Palatasının əməkdaşları Aslanov Şair Beykəs oğlunu, Əliyeva Afaq Qromin qızını, Hacıyev Ruhşad Elton oğlunu, Məmmədov Kərim Türbəndə oğlunu təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra Kollegiyada Hesablama Palatasının fəaliyyəti ilə bağlı cari məsələlərə baxılıb.

İqtisadiyyat 2022-06-24 18:28:00