×
A
A
A
Sazlamalar

Kiber-fiziki sistemlərdə “fog computing” texnologiyalarının tətbiqi məsələləri tədqiq olunur

Bakı, 24 iyun, AZƏRTAC

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda kiber-fiziki sistemlərdə “fog computing” texnologiyalarının tətbiqi məsələləri tədqiq olunur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kiber-fiziki sistemlər (KFS) rəqəmsal və analoq cihazları, interfeysləri, şəbəkələri, eləcə də kompüter sistemlərini fiziki dünya ilə əlaqələndirir. KFS avtomobil, aviasiya, enerji və digər sahələrdə məlumatları emal edən, xüsusi tapşırıqların yerinə yetirilməsi üçün istifadə olunan kompüter sistemlərinə əsaslanır.

 

 

Texnologiya 2022-06-24 18:17:00