×
A
A
A
Sazlamalar

Botanika İnstitutunda magistrantların dissertasiya müdafiəsi keçirilib

Bakı, 24 iyun, AZƏRTAC

AMEA-nın Botanika İnstitutunda biologiya ixtisası üzrə 2021-2022-ci il tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vurmuş II kurs magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, mikologiya üzrə Aysel Abbasova, Xədicə Apbayeva və botanika ixtisaslaşması üzrə Günay Rəsulzadə, Lamiyə Seyidova, Gövhər Süleymanzadə dissertasiya işlərinin əsas müddəalarını təqdim ediblər.
Magistrantlar dissertasiya işlərinə dair təqdimatla çıxış edərək aparılan tədqiqatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib, sualları cavablandırıblar.
Dissertasiyaların müdafiəsi üzrə ixtisaslaşdırılmış elmi şuranın sədri biologiya elmləri doktoru Şakir Qasımov magistrantların tədris planlarında nəzərdə tutulan nəzəri və təcrübi hazırlığı tam yerinə yetirdiklərini və elmi-tədqiqat işini uğurla başa çatdırdıqlarını qeyd edib.
İnstitutun baş direktoru professor Səyyarə İbadullayeva magistrantları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Elm və təhsil 2022-06-24 17:31:00