×
A
A
A
Sazlamalar

“Gənc istedadlar” liseyinin 7 şagirdi Lütfi Zadə adına məntiq olimpiadasında qalib olub

Bakı, 24 iyun, AZƏRTAC

Lütfi Zadə adına məntiq olimpiadasında Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 7 şagirdi qalib olub.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Liseyin şagirdləri Məhəmməd Salmanov və Alikamal Salman I yerə, Sulduz Hacıyev və Aqşin Hüseynli II yerə, Nəzrin Abdullazadə, Mehri Qasımzadə və Aysu Abbasova III yerə layiq görülüblər.
Xatırladaq ki, olimpiada Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə V sinif şagirdləri arasında keçirilib. Ümumilikdə 65 şagird olimpiadanın qalibi olub.

Elm və təhsil 2022-06-24 16:25:00