×
A
A
A
Sazlamalar

Pedaqoji Universitetin Şamaxı filialında Silahlı Qüvvələr Günü qeyd olunub

Bakı, 24 iyun, AZƏRTAC

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş “Güclü ordumuz, milli qürurumuz” adlı tədbir keçirilib.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Silahlı Qüvvələr Gününə həsr edilmiş videoçarx nümayiş olunub.
Filialın direktoru dosent Tünzalə Yusifova bu əlamətdar günün tarixindən və Azərbaycan Respublikası Prezidentinin ordu quruculuğu sahəsində gördüyü işlərdən bəhs edib. Sosial və pedaqoji elmlər kafedrasının baş müəllimi Fəxrəddin Məmmədov isə “Ordu dövlətin dayağıdır!” mövzusunda məruzə ilə çıxış edib.
Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sənubər Şükürovanın “Bədii ədəbiyyatda xalq qəhrəmanlarına ümumxalq məhəbbətinin tərənnümü”, Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Rasim Nərimanovun “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin uğurları” və riyaziyyat və informatika müəllimliyi ixtisasının tələbəsi Toğrul Mənəfovun “Zəfər tarixini yazan Azərbaycan gəncliyi” mövzularında çıxışları dinlənilib.
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbəsi Narınc Cəbrayılova isə Leyla Əliyevanın “Azərbaycan əsgəri” şeirini söyləyib.

Elm və təhsil 2022-06-24 15:49:00