Nəqliyyat vasitəsində spirtli içkilər aşkarlanıb
Bakı, 24 iyun, AZƏRTAC
Nəqliyyat vasitəsində spirtli içkilər aşkarlanıb.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi “Volvo” markalı yük nəqliyyat vasitəsi saxlanılıb. Yoxlama zamanı avtomobilin kabinasında, əşyaları qoymaq üçün nəzərdə tutulan yerlərdə gizlədilən və gömrük nəzarətinə bəyan edilməyən 25 ədəd müxtəlif adda, qablaşdırmada olan spirtli içkilər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Binəqədi və Səbail rayonlarında oğurluqla məşğul olan şəxslər tutulub
Həftəsonu ölkə ərazisində qeydə alınan 87 cinayətin açılması təmin olunub
FHN: Ötən sutka ərzində 82 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib