Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib
Bakı, 24 iyun, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) cari tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.
AZƏRTAC xəbər verir ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov universitetin tələbələri, magistrantları və onların valideynləri ilə görüşüb. Görüşdə universitetin akademik və inzibati heyət üzvləri də iştirak ediblər.
Cari yaz semestrinin imtahan sessiyasının növbəti həftəsinin müvəffəqiyyətlə başa çatdığını qeyd edən rektor Ş.Bayramov tələbə və magistrantların imtahan nəticələrinin qənaətbəxş olduğunu diqqətə çatdırıb.
İmtahanları müşahidə edən valideynlər və şəhər ictimaiyyəti nümayəndələrindən müsbət rəylərin daxil olmasından məmnunluğunu ifadə edən rektor imtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsində əməyi olan universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərinə təşəkkürünü bildirib.
Sonra tələbə və magistrantların müraciətləri dinlənilib, sual və təkliflərinə münasibət bildirilib. Görüşdə universitetdə imtahan sessiyasının təşkilindən və yaradılan şəraitdən razılıq ifadə edilib.
Qeyd edək ki, cari imtahan sessiyası çərçivəsində “Açıq qapı” günlərinin iyulun 5-dək hər həftə təşkil olunması nəzərdə tutulub.
İranda baş verən zəlzələ Naxçıvan Muxtar Respublikasında hiss olunub - YENİLƏNİB
Ağdamda eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşların xatirəsi anılıb
Qax Damazlıq İpəkçilik Stansiyasında 4785 qutu ipəkqurdu toxumu inkubasiyaya qoyulacaq
Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub
Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib