×
A
A
A
Sazlamalar

Avtomobildən 3 kiloqram 110 qram tiryək aşkarlanaraq götürülüb

Bakı, 24 iyun, AZƏRTAC

Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Naxçıvan şəhər sakini İ.Seyidova məxsus “Toyota” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqram 110 qram tiryək aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Hadisə 2022-06-24 13:47:00