×
A
A
A
Sazlamalar

İsmayıllıda meyvə və giləmeyvə yığımına başlanılıb

İsmayıllı, 24 iyun, AZƏRTAC

İsmayıllı rayonunda meyvə və giləmeyvə yığımına başlanılıb və qısa vaxtda bağlardan 244 ton məhsul yığılıb.
Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Paşa Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda İsmayıllıda 3937 hektar meyvə və giləmeyvə bağları var. Bunun 928 hektarı bar verir. İsmayıllının torpaq-iqlim şəraiti meyvəçiliyin inkişafı üçün çox əlverişlidir və təsadüfü deyil ki, son illər rayonda 429,5 hektar sahədə intensiv bağlar salınıb. Bu bağların hər hektarından 40-50 ton məhsul götürmək olur.
Yığılan məhsul yerli bazarlara, habelə Bakı və Sumqayıt kimi iri şəhərlərə göndərilir.
Ötən il bağlardan 9588 ton meyvə və giləmeyvə yığılıb. Bu il isə 10 min ton məhsul istehsalı gözlənilir.

Kənd təsərrüfatı 2022-06-24 12:12:00