×
A
A
A
Sazlamalar

FHN: Ötən sutka ərzində 73 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Bakı, 24 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 70 halda yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində beş nəfər xilas olunub, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Həmçinin Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində, süni göldə batan 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlunun cəsədi dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

 

Hadisə 2022-06-24 12:00:00