×
A
A
A
Sazlamalar

“Zaman adlı qatar” filmi nümayiş olunacaq

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 28-də “Azərbaycan Cinema Plus” kinoteatrında “Zaman adlı qatar” filmi nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, filmin rejissoru Kənan Musayev, ssenari müəllifi Nərgiz Bağırzadə, operatoru Yura Varnovski, bəstəkarı İnarə Rəsulova, baş prodüseri Valeri İlişayevdir.
Ekran əsərində Xalq artistləri Həmidə Ömərova, İlham Əsgərov, Əməkdar artist Suğra Bağırzadə, Oksana Rəsulova, Vüsal Murtuzəliyev, Könül Nağıyeva, Murad Məmmədov, Şəhriyar Əbilov və digərləri çəkiliblər.
Film 2007-ci ildə Mərdəkanda baş vermiş real hadisələr əsasında çəkilib. Filmin əsas ideyası məhəbbət, uşağa qayğı, analar, onların etdiyi fədakarlıqlardır.
Nümayişin moderatoru kinotənqidçi Sevda Sultanova baxışdan sonra rejissor Kənan Musayev ilə birlikdə tamaşaçıların suallarını cavablandıracaq.

Teatr və kino 2022-06-24 11:48:00