×
A
A
A
Sazlamalar

Qaradağ rayonunda iki min manat dəyərində elektrik avadanlıqları oğurlanıb

Bakı, 24 iyun, AZƏRTAC

Qaradağ Rayon Mühafizə İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində iyunun 22-də rayon ərazisində yerləşən tikinti materialları satış mərkəzindəki anbarların birindən iki min manat dəyərində elektrik avadanlıqları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən Tərtər rayon sakini X.Məmmədov və İmişli rayon sakini Z.Bayramov saxlanılaraq rayon polis idarəsinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-06-24 10:37:00