Əmircan qəsəbəsi sakinində 1 kiloqramdan çox heroin aşkarlanıb
Bakı, 24 iyun, AZƏRTAC
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Əmircan qəsəbə sakini Z.Xeyrullayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəxsi axtarış zamanı onda 15 qrama yaxın heroin aşkarlanıb.
Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 1 kiloqram 31 qrama yaxın heroin və elektron tərəzi götürülüb.
Evdən generator və marketdən terminal oğurlayan keçmiş məhkumlar saxlanılıb
FHN: Ötən sutka ərzində 80 halda yanğına çıxış üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub