×
A
A
A
Sazlamalar

DİN: Ölkə ərazisində qeydə alınan cinayətlərdən 61-nin açılması təmin olunub

Bakı, 24 iyun, AZƏRTAC

İyunun 23-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 61-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 10-nun açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarılan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Hadisə 2022-06-24 10:09:00