“Qəbələ" - "Fehervar" matçının başlama saatı müəyyənləşib
Bakı, 24 iyun, AZƏRTAC
“Qəbələ” klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində Macarıstanın "Fehervar" komandası ilə keçirəcəyi cavab görüşünün başlama saatı müəyyənləşib.
AZƏRTAC "Qəbələ"nin rəsmi saytına istinadla xəbər verir ki, cavab oyunu iyulun 28-də Qəbələ şəhər stadionunda təşkil olunacaq. Matç saat 20:00-da başlayacaq.
Qeyd edək ki, iyulun 21-də Macarıstandakı “Mol Arena”da baş tutacaq ilk görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
İddiaçılar turniri: Teymur Rəcəbov ABŞ təmsilçisi Fabiano Karuana ilə heç-heçə edib
Güləşçimiz Cəbrayıl Qadjiyev Avropa çempionatının qalibi olub
Cüdo üzrə milli komandamız açıq Avropa turnirini birinci yerdə başa vurub
Bakıda keçirilən “IronWind 70.3” yarışının qalibləri müəyyənləşib