×
A
A
A
Sazlamalar

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub

Bakı, 24 iyun, AZƏRTAC

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ikinci günündə yunan-Roma güləşi üzrə sonuncu təmsilçimiz xalça üzərinə çıxıb. Ülvü Qənizadə (72 kq) təsnifat mərhələsində 23 yaşadək güləşçilər arasında Avropa çempionu Kristian İştvan Vançaya (Macarıstan) qalib gəlib - 5:1. Güləşçimiz dörddəbir finalda eyni hesabla moldovalı Valentin Petiçi üstələyib. Ü.Qənizadə yarımfinalda norveçli Haavard Yorgenseni məğlub edib - 3:1. Ancaq təmsilçimiz finalda litvalı Kristupas Sleyvayla güləşməyib. Ayağından zədələndiyi üçün həlledici görüşdə iştirak etməyən millimizin üzvü gümüş medalla kifayətlənib.
Beləliklə, millimiz reytinq turnirini 9 medalla başa vurub. 4 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edən yığmamız 148 xal toplayıb. Azərbaycan komanda hesabında 1-ci yeri tutub. Ölkəmiz 2-ci pillədə qərarlaşan Macarıstanı 46 xal qabaqlayıb. İran isə 98 xalla 3-cü olub.

İdman 2022-06-24 09:43:00