Xüsusi olimpiyaçı qızlar arasında həndbol üzrə seçmə yarışlar keçirilib
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin təşkilatçılığı ilə Şağan Olimpiya İdman Kompleksində həndbol üzrə qızlar arasında seçmə yarışlar keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışlar xüsusi Olimpiya proqramına uyğun olaraq 2 divizionda keçirilib. Yekun nəticədə, ən güclü divizionda Xəzər rayonu valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin komandası birinci yeri tutub. İkinci pillədə sərbəst məşqçi-müəllim Lyudmila Qasıyevanın komandası qərarlaşıb. Üçüncü yerə isə Sabunçu rayonu 309 nömrəli inklüziv sinifli tam orta məktəbin komandası sahib olub.
Yığma komanda ən güclü divizionda qalib gələn komandanın bazasında komplektləşdiriləcək və 2023-cü ilin iyun ayında Almaniyada keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edəcək.
İddiaçılar turniri: Teymur Rəcəbov ABŞ təmsilçisi Fabiano Karuana ilə heç-heçə edib
Güləşçimiz Cəbrayıl Qadjiyev Avropa çempionatının qalibi olub
Cüdo üzrə milli komandamız açıq Avropa turnirini birinci yerdə başa vurub
Bakıda keçirilən “IronWind 70.3” yarışının qalibləri müəyyənləşib