×
A
A
A
Sazlamalar

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda dezinfeksiya işləri aparılıb

Qəbələ, 24 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda ziyanvericilərə, həşaratlara və sürünənlərə qarşı profilaktik dezinseksiya və deratizasiya işləri aparılıb.
Qoruğun direktoru Zahir Kərimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, son vaxtlar havanın temperaturunun yüksəlməsi ilə əlaqədar ərazidə ziyanvericilərin, həşaratların və sürünənlərin artması müşahidə olunur. Dezinfeksiya işləri ziyarətçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aparılır. Xüsusi qrup tərəfindən aparılan dezinfeksiya və deratizasiya işləri Qoruğun ərazisindəki Qala abidəsinin və arxeoloji qazıntı yerlərinin ətrafyanı hissələrini, konservasiyaların daxilini, ziyarətçilərin hərəkət istiqaməti yollarını və Qəbələ Arxeoloji Mərkəzin həyətyanı hissələrini əhatə edib.

Regionlar 2022-06-24 00:14:00