İddiaçılar turniri: Teymur Rəcəbov macarıstanlı şahmatçı ilə heç-heçə edib
Bakı, 23 iyun, AZƏRTAC
İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 6-cı turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda macarıstanlı Riçard Rapportla heç-heçə edib.
Qeyd edək ki, şahmatçımız ötən turların nəticəsinə görə, 2,5 xalla 6-7-ci yerləri bölüşür.
Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.
Güləşçimiz Cəbrayıl Qadjiyev Avropa çempionatının qalibi olub
Cüdo üzrə milli komandamız açıq Avropa turnirini birinci yerdə başa vurub
Bakıda keçirilən “IronWind 70.3” yarışının qalibləri müəyyənləşib