Cüdoçularımız Avropa birinciliyinin ilk yarış günündə 4 medal qazanıblar
Bakı, 23 iyun, AZƏRTAC
Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatının birinci günündə cüdoçularımız 2 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, qızıl medalları komandamızın aktivinə Şahin Orucov (55 kq) və Nizami İmranov (60 kq) yazdırıblar. Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq) bürünc medal əldə ediblər.
Birinci günün yekun nəticələrinə görə, 4 medal əldə edən komandamız ümumi hesabda birinci yeri tutub.
İyunun 25-dək davam edəcək yarışda ölkəmizi 4 qız və 10 oğlan cüdoçu təmsil edir.
İddiaçılar turniri: Teymur Rəcəbov ABŞ təmsilçisi Fabiano Karuana ilə heç-heçə edib
Güləşçimiz Cəbrayıl Qadjiyev Avropa çempionatının qalibi olub
Cüdo üzrə milli komandamız açıq Avropa turnirini birinci yerdə başa vurub
Bakıda keçirilən “IronWind 70.3” yarışının qalibləri müəyyənləşib