×
A
A
A
Sazlamalar

Xaçmazda qəzada 4 nəfər xəsarət alıb

Xaçmaz, 23 iyun, AZƏRTAC

İyunun 23-ü axşam saatlarında Gəndob-Yalama yolunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yolun Xaçmaz rayonunun Müşkür kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" və "Kia" markalı maşınların toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Xəsarət alanlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar aparılır.

Regionlar 2022-06-23 21:03:00